RU

Pakistan tərəfləri atəşkəsə hörmət etməyə çağırıb

Bakı. Trend:

Pakistan tərəfləri (ABŞ, İsrail və İran) təmkinli olmağa vəatəşkəsə hörmət etməyə çağırıb.

Trend-inməlumatına görə, bunu Pakistanın baş naziri Şahbaz Şərif “X” sosialşəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, münaqişə zonasında bir neçə yerdə atəşkəsinpozulması halları qeydə alınıb. Bu da sülh prosesinin ruhunusarsıdır.

“Diplomatiyanın münaqişənin sülh yolu ilə həllində aparıcı roloynaya bilməsi üçün bütün tərəfləri razılaşdırıldığı kimi iki həftəərzində təmkinli olmağa və atəşkəsə hörmət etməyə çağırıram”, - oqeyd edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardanbiri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaqöhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraqdanışıqlara hazırlaşırlar.

Избранный
12
az.trend.az

1Источники