Bakı. Trend:
Azərbaycanın “yaşıl enerji” istiqamətində həyata keçirdiyitədbirlər Avstriya Respublikasının Vyana şəhərində keçirilənBeynəlxalq Enerji və İqlim Forumunda təqdim edilir.
Trend bubarədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji MənbələriDövlət Agentliyinə istinadən xəbər verir.
Belə ki, agentliyin direktoru Cavid Abdullayev AvstriyaRespublikasının Vyana şəhərində keçirilən Beynəlxalq Enerji vəİqlim Forumunda iştirak edir.
Səfər çərçivəsində o, 7–8 aprel tarixlərində keçirilən "YaşılTexnologiya Günləri", "Hidrogen üzrə Beynəlxalq Konfrans" və"Dayanıqlı Soyutma üzrə Forum" tədbirlərinə qatılıb.
Bununla yanaşı, Cavid Abdullayev "Schoenherr" hüquq firması iləikitərəfli görüş keçirib. Görüş zamanı bərpa olunan enerjilayihələri üzrə hüquqi əməkdaşlıq, investisiya imkanları vənormativ-hüquqi məsələlər müzakirə olunub.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar-fevralaylarında 671,6 milyon manat dəyərində məhsul istehsal olunub vəxidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi vəemalı sektorunda istehsal edilmiş məhsulların həcmi 93,4 milyonmanat təşkil edib.
Bu ilin yanvar-fevral aylarında ölkədə günəş elektrikstansiyalarında 42,7 milyon kVt-saat elektrik enerjisi istehsaledilib ki, bu da 2025-ci ilin ilk iki ayındakı göstərici iləmüqayisədə 0,6 milyon kVt-saat və yaxud 1,4% azalma deməkdir.
Eyni zamanda hesabat dövründə Azərbaycanda külək elektrikstansiyalarında (KES) 141,6 milyon kVt-saat elektrik enerjisiistehsal edilib.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 138,2 milyon kVt-saat və ya 41,6 dəfə çoxdur.