Bu gecə Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın kimin mülkiyyətində olması ilə bağlı alyans daxilində fikir ayrılıqlarının mövcud olduğunu bildirib.
Məlumatı “İzvestiya.ru” verib.
“NATO ehtiyac duyduğumuz zaman orada deyildi və yenidən ehtiyac duysaq, yenə orada olmayacaq. Qrenlandiyanı, o böyük, zəif baxımlı aysberqi xatırlayın”, - deyə o, “Truth Social”da yazıb.
Trampla görüşdən sonra Rutte ABŞ prezidentinin Şimali Atlantika Alyansının mövqeyi ilə bağlı məyus olduğunu etiraf edib.
P.ƏMİRCANOV
XQ