RU

MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədriMəzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstanasəfərə yola düşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiyaşöbəsindən Trend-ə verilən məlumata görə, səfər Macarıstan MilliSeçki Bürosunun prezidenti Nagy Attilanın dəvəti əsasında həyatakeçirilir.

Bildirilib ki, nümayəndə heyətinin səfərinin məqsədi aprelin12-də Macarıstanda keçiriləcək parlament seçkilərini müşahidəetməkdir.

Səfər proqramına əsasən, MSK sədri M.Pənahovun həmkarı A.Nagy vədigər rəsmi şəxslərlə, habelə seçkilərin müşahidəsinə qatılanmüxtəlif ölkələrin ali seçki qurumlarının rəhbərləri ilə görüşlərkeçirməsi planlaşdırılır. Görüşlər zamanı seçki idarəçiliyisahəsində təcrübə mübadiləsi, əməkdaşlıq əlaqələriningenişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digərməsələlərlə bağlı müzakirələr aparılması nəzərdə tutulur.

MSK nümayəndələri paytaxt Budapeştdə seçkiqabağı hazırlıqprosesi ilə tanış olacaq, həmçinin seçki günü məntəqələrdəsəsvermənin gedişini müşahidə edəcək.

Qeyd etmək lazımdır ki, Mərkəzi Seçki Komissiyası Macarıstandaparlament seçkilərinin müşahidəsində ATƏT/DTİHB-nin müşahidəmissiyasının tərkibində də təmsil olunur.

Избранный
28
16
az.trend.az

10Источники