RU

Yunanıstanda uşaqlara sosial media qadağası qoyuldu

Yunanıstanda 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulub. Metbuat.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Kiriakos Mitsotakis açıqlama verib. Hökumət başçısı yeni qaydaların 1 yanvar 2027-ci ildən qüvvəyə minəcəyini bildirib. Yeni qaydaların tətbiq olunmasına səbəb kimi uşaqlar arasında artan psixoloji problemlər, yuxu pozuntuları və sosial şəbəkələrin asılılıq yaratması göstərilir. Hökumət bu addımla azyaşlıların rəqəmsal mühitdə daha yaxşı qorunmasını hədəfləyir və məsələ ilə bağlı geniş ictimai dəstəyin olduğunu vurğulayır. Yeni qanunvericiliyə əsasən, sosial media platformaları istifadəçilərin yaşını yoxlamaq və 15 yaşdan aşağı şəxslərin girişini məhdudlaşdırmaq məcburiyyətində qalacaq. Qaydalara əməl etməyən şirkətlər ciddi maliyyə sanksiyaları ilə üzləşəcəklər.

Yunanıstan hökuməti bu təşəbbüsü Avropa İttifaqı səviyyəsində də tətbiq etdirmək niyyətindədir və digər ölkələri oxşar addımlar atmağa çağırır.

Избранный
25
metbuat.az

1Источники