RU

Kadırov İrana kömək etməkdən imtina etdi: Səbəbini də açıqladı

Çeçenistan lideri Ramzan Kadırov ABŞ və İsrail ilə münaqişədə İrana hərbi dəstək verməkdən imtina edib.

Publika.az xəbər verir ki, Kadırov bunun səbəbini “Telegram”-da açıqlayıb.

Onun sözlərinə görə, əgər İran hakimiyyəti ərəb qonşularında mülki şəxsləri hədəfə almasa, o, Çeçenistan qoşunlarını İrana göndərməyə hazır olardı.

"Onlar bizim qardaşlarımıza da hücum edirlər... Üçüncü ölkələrdəki mülki şəxslərin münaqişənin günahsız qurbanlarına çevrilməsini görməkdən çox narazıyam", - o, qərarını belə izah edib.

Kadırov vurğulayıb ki, əgər İran qonşularına hücum etməsəydi, ABŞ hücumunu dəf etmək üçün çeçen qoşunlarının İrana göndərilməsi baş verə bilərdi.

Избранный
21
3
publika.az

9Источники