RU

“ABŞ məqsədinə çatmadı, İran isə ağır zərbələr alsa da, ayaqda qaldı” Aqil Rüstəmzadə

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hərbi ekspert Aqil Rüstəmzadə İrana qarşı ikinci zərbə dalğasının nəticələrini şərh edərkən bildirib ki, ABŞ-nin həyata keçirməyə çalışdığı “şok və qorxu” strategiyası uğursuz olub.

O qeyd edib ki, Amerikanın planlaşdırdığı blitskriq İranın eşelonlaşdırılmış müdafiə sistemi və ideologiyaya əsaslanan mərkəzsiz idarəetmə modeli qarşısında iflasa uğrayıb. Ekspert vurğulayıb ki, Qərbin yüksək texnologiyalı silahları yüksək intensivlikli müharibə üçün həm həddindən artıq bahalı, həm də məhdud resurslara malikdir.

Aqil Rüstəmzadə bildirib ki, nəticə etibarilə ABŞ əsas hədəfinə – rejim dəyişikliyinə nail ola bilməyib, İsrail isə gözlədiyi təhlükəsizlik mühitini əldə etməyib.

Ekspert əlavə edib ki, bütün bunlara baxmayaraq, İran rejimi ayaqda qalmağı bacarıb və Hörmüz boğazı üzərində nəzarəti təmin edib. Bununla yanaşı, o qeyd edib ki, ölkənin müdafiə potensialı və iqtisadiyyatı ciddi zərər görüb.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
37
azpolitika.info

1Источники