RU

“Razılaşma baş tutmasa, daha böyük qarşıdurma başlayacaq”

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“ABŞ ordusu İranla razılaşma əldə olunana qədər bölgədə qalacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

O bildirib ki, İranla tam razılaşma əldə olunana qədər ABŞ hərbi qüvvələri bölgədə qalmağa davam edəcək.

Trampın sözlərinə görə, ABŞ-yə məxsus gəmilər, təyyarələr, silahlar və hərbi personal hazırda İran ərazisi və ətrafında yerləşdirilib və yekun razılaşma əldə edilənədək mövqelərini qoruyacaqlar.

O, həmçinin xəbərdarlıq edib ki, əgər razılaşma baş tutmasa, vəziyyət daha da gərginləşə bilər:

“Əgər hər hansı səbəbdən bu baş verməsə - ki, bu, çox ehtimal olunmur - onda daha böyük və daha güclü qarşıdurma başlayacaq”.

Tramp əlavə edib ki, İranın nüvə silahına malik olmayacağını və Hörmüz boğazının açıq və təhlükəsiz qalacağını gözləyir.

Prezident paylaşımında ABŞ ordusunun hazır vəziyyətdə olduğunu vurğulayaraq, ölkəsinin hərbi gücünün “növbəti addımı gözlədiyini” bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında növbəti danışıqların İslamabad şəhərində keçirilməsi planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
qafqazinfo.az

1Источники