RU

“Trampın məyusluğunu başa düşürəm”

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp bir çox NATO müttəfiqinin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını istədiyi qədər dəstəkləməməsindən “açıq-aşkar məyus olduğunu” bildirib.

“Qafqazinfo” xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Vaşinqtonda ABŞ lideri ilə keçirilən görüşdən sonra deyib.

Rutte CNN-ə açıqlamasında görüşü “iki yaxşı dost arasında səmimi və açıq müzakirə” kimi təsvir edib və Trampın məyusluğunu başa düşdüyünü bildirib.

O, Avropa ölkələrinin ABŞ-yə müxtəlif yollarla - logistika, uçuşlar və baza dəstəyi məsələlərində kömək etdiyini vurğulayıb.

Rutte Trampın NATO-dan çıxmaq niyyətini açıq şəkildə şərh etməsə də, Avropanın böyük bir hissəsinin İranın “xaos ixracı” qabiliyyətinə qarşı ABŞ-ni dəstəklədiyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
37
qafqazinfo.az

1Источники