RU

Uşaq evi sakininin builki ad günü yaddaqalan oldu

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Milli Məclisin deputati Pərvin Kərimzadə Sosial Xidmətlər Agentliyinin Gəncədəki 4 saylı Uşaq evi sosial xidmətlər müəssisəsində yaşayan Şəlalə Həsənlinin ad günündə iştirak etmişlər. 

Şəhər rəhbəri və millət vəkili Şəlalə Həsənlini ad günü münasibətilə təbrik etmiş, ona hədiyyələr vermişlər. Uşaq evinin direktoru Nazilə İsmayılova göstərilən diqqət və qayğıya görə qonaqlara təşəkkürünü bildirmişdir.

Qeyd edək ki, Şəlalə Həsənli ictimai tədbirlərdə fəal iştirak edir. O, keçən il Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən "Konstitusiya və suverenlik uşaqların gözü ilə" mövzusunda ənənəvi uşaq rəsm müsabiqəsində III yerə layiq görülmüşdür.

S.ƏLİYEV,

"Azərbaycan"

Избранный
14
azerbaijan-news.az

1Источники