RU

"Zirə"nin hücumçusu: “Vurduğum bu qol karyeramın ən yaxşısıdır"

Misli Premyer Liqasının XXIII turunda "Kəpəz"ə vurduğu qol "Zirə"nin hücumçusu Eren Aydının karyerasında ən yaxşıdır.

Sportinfo.az xəbər verir ki, bunu türkiyəli forvard "report"a açıqlamasında deyib.

"Həmin məqamı çox dəqiq xatırlayıram. Qapını gördüyüm anda vurmaq istədim və top ayağımdan çox "təmiz" çıxdı.

Qol olduqdan sonra hiss etdiyim duyğu həqiqətən özəl idi. Bu, karyeramda vurduğum qollar arasında ən yaxşısıdır.

Çünki həm sol ayağımla vurmağım, həm də topun getdiyi yer baxımından çox gözəl qol idi".

Peşəkar Futbol Liqasının "Ayın qolu" layihəsində martın qalibi seçilən türkiyəli hücumçu bu uğurun onun üçün əhəmiyyətini vurğulayıb:

"Açığı, belə mükafat almaq hər bir oyunçu üçün çox dəyərlidir. Mən meydana çıxanda hər zaman ən yaxşısını etməyə fokuslanıram, lakin bu qolun ayın qolu seçilməsi mənim üçün gözəl sürpriz oldu

. Əlbəttə, belə bir qol vuranda diqqət çəkəcəyini bilirdim, amma qalib seçilmək xoşbəxtlikdir".

Mövsümün qalan hissəsi üçün hədəflərindən danışan futbolçu azarkeşlərə gözəl oyun vəd edib:

"Hər matça komandaya töhfə vermək üçün çıxıram. Qol vurmaq və ya məhsuldar ötürmə etmək fərq etməz, əsas olan komandaya kömək etməkdir.

Amma fürsət tapdıqca belə qollar vurmağa davam etmək istəyirəm. Ümidvaram ki, mövsümün qalan hissəsində də azarkeşlərə gözəl qollar izlədə biləcəyəm".

E.Aydın Misli Premyer Liqasının XXIII turunda evdə "Kəpəz"lə matçın 5-ci dəqiqəsində fərqlənmişdi.

Избранный
35
43
sportinfo.az

10Источники