RU

Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasını keçirdi –NƏLƏR MÜZAKİRƏ OLUNUB?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

 

Qeyd olunub ki, PKK, FETÖ və İŞİD terror təşkilatları ilə mübarizədə əldə edilmiş nailiyyətlər barədə Şuraya məlumat verilib.

 

Bundan başqa, ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədə atəşəkəsin əldə edilməsi müzakirə olunaraq Türkiyə sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində addımlar atılmağa davam ediləcəyi vurğulanıb. Həmçinin müharibənin İraq və Suriyaya təsirləri, bu ölkələrin ərazi bütövlüyünün qorunmasının vacibliyi vurğulanıb.

 

"Rusiya-Ukrayna müharibəsinin gedişatı müzakirə edilib, hücumların Qara dənizə yayılmasına və enerji təhlükəsizliyini təhdid edən vəziyyətə gəlməsinə göz yumulmayacağı vurğulanaraq bütün tərəflərə təmkinlə hərəkət çağırışı edilib", - deyə məlumatda vurğulanıb.

 



Избранный
9
3
senzor.az

4Источники