RU

Son 30 ilin ACI HƏQİQƏTİ: Pul insanı xoşbəxt edir

“Xoşbəxtlik” son 30 ildə bahalaşıb – indi pul insanları həqiqətən xoşbəxt edə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə psixoloji araşdırmaların hesabatlarında məlumat yayılıb.

Amerika psixoloqlarının apardıqları son araşdırmalar göstərir ki, pul və xoşbəxtlik arasındakı əlaqə son 30 ildə əvvəlki dövrlərlə müqayisədə xeyli güclənib.

Professor Tvenqenin rəhbərlik etdiyi tədqiqatın nəticələrinə görə, müasir dünyada pulun insanın həyatından aldığı məmnuniyyətdəki rolu əhəmiyyətli dərəcədə artıb.

Tədqiqatın ən maraqlı məqamı ondan ibarətdir ki, pul və xoşbəxtlik arasında korrelyasiyanın “yuxarı həddi” yoxdur – yəni insan nə qədər varlıdırsa, o qədər daha xoşbəxt ola bilir.

Bu nəticə əsrlər boyu formalaşmış “acgöz eqoistlərin həyatı boşdur” fikrini alt-üst edərək, maddi rifahın şəxsi xoşbəxtlik üçün əsas amillərdən birinə çevrildiyini sübut edir.

Bununla belə, ekspertlər bu dəyişikliyin çox kədərli bir səbəbi olduğunu vurğulayırlar: son 30 ildə pulun xoşbəxtliyi bu qədər güclü müəyyən etməsi, əslində, cəmiyyətdə həyat keyfiyyətinin və yaşam standartlarının pula daha çox bağlı hala gəlməsindən xəbər verir.

Başqa sözlə, bu gün pulla yalnız maddi nemətlər deyil, əvvəlki dövrlərlə müqayisədə daha güclü “həyatın uğurlu olması” hissini satın almaq mümkündür.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
54
interpress.az

1Источники