UEFA Çempionlar Liqasında 1/4 finalın ilk oyununda "Liverpul" səfərdə PSJ-nin qonağı oldu.

Offsideplus.az xəbər verir ki, parislilər oyundan 2:0 hesabla qalib ayrıldı.

Bu nəticə son zamanlarda yaxşı günlərini yaşamayan "Liverpul"a daha bir antirekord yazdı.

​"Liverpul" klubu bütün turnirlər daxil olmaqla ardıcıl 4-cü səfər məğlubiyyətini alaraq antirekordunu yeniləyib. Mersisayd təmsilçisi sonuncu dəfə belə bir uğursuz seriya ilə 2012-ci ilin aprelində üzləşmişdi.

​Uğursuzluq silsiləsi:

  • "Qalatasaray" 1:0 "Liverpul"
  • ​"Brayton" 2:1 "Liverpul"
  • ​"Mançester Siti" 4:0 "Liverpul"
  • ​"Paris Sen-Jermen" 2:0 "Liverpul"