RU

Mədə problemlərinin gizli səbəbləri məlum oldu

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Gündəlik vərdişlər həzm sisteminə ciddi təsir edir.

Milli.Az xəbər verir ki, nizamsız qidalanma, səhər yeməyini buraxmaq və uzun fasilələrdən sonra çox yemək mədəyə yük salır.

Tələsik və ayaqüstü qidalanma yeməyin düzgün həzm olunmamasına səbəb olur. Qızardılmış, yağlı və emal olunmuş qidalar isə mədənin işini ləngidir, köp və ağırlıq yaradır.

Az su içmək qəbizliyə gətirib çıxarır, stress isə həzm prosesini pozur. Bundan əlavə, siqaret, alkoqol və çox qəhvə mədə qişasını zədələyərək iltihab və qastrit riskini artırır.

Həkim sağlam həzm üçün düzgün qidalanma, kifayət qədər su qəbulu və stressdən uzaq durmağı tövsiyə edir.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
1
news.milli.az

10Источники