RU

"Barselona" onun üçün 140 milyon avronu gözdən çıxardı

İspaniya nəhəngi "Barselona" yay transfer pəncərəsi üçün iddialı planlar qurmağa başlayıb.

Fanat.Az xəbər verir ki, kataloniyalıların əsas hədəfi hazırda "Bayern Münhen"in formasını geyinən istedadlı futbolçu Maykl Olisedir.

Bu transfer marağını Münhen klubunun rəhbər şəxslərindən olan Karl-Haynts Rummenigge də rəsmən təsdiqləyərək, "Barselona"nın gənc ulduzla ciddi şəkildə maraqlandığını bildirib.

London doğumlu Fransa vətəndaşı olan 24 yaşlı futbolçunun hazırkı bazar dəyəri təxminən 140 milyon avro civarında qiymətləndirilir.

"Bayern"lə daha 3 illik müqaviləsi olan oyunçu, Almaniya təmsilçisinin heyətində çıxdığı 96 matçda 36 qol vuraraq hücum xəttindəki yüksək effektivliyini sübut edib.

Kamil Xudiyev

Избранный
11
1
fanat.az

2Источники