RU

Oğuzda yerləşən Alban məbədinə ekskursiya təşkil olunub

Oğuz, 8 aprel, AZƏRTAC

Oğuz rayonunun Calut kəndində yerləşən Alban məbədinə “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ekskursiya təşkil olunub, ərazidə təmizlik işləri aparılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.

Mədəni irsimizin təbliği işini genişləndirilmək, ətraf mühitin qorunmasına nail olmaq və gənc nəslin diqqətini abidələrimizin qorunmasına yönəltmək məqsədi ilə təşkil edilən ekskursiyanın təşkilatçıları Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektoru və Oğuz rayon Calut kənd tam orta məktəbinin kollektivi olub. Ekskursiyada gənclərlə yanaşı, məktəblilər və müəllimlər də iştirak ediblər.

Əvvəlcə məktəblilərə Alban məbədinin tarixi haqqında ətraflı məlumat verilib, sonra abidə ərazisində iməclik təşkil olunub. İməclik çərçivəsində ərazidə olan quru ağac budaqları, kötüklər yığılaraq kənarlaşdırılıb, iri alaq otları təmizlənib.

Müxbir - Rasim İslamoğlu

Избранный
46
1
azertag.az

2Источники