RU

Monteneqro XİN: Hörmüz boğazında naviqasiya azadlığı prioritet olmalıdır

Monteneqro Amerika Birləşmiş Ştatları (ABŞ) və İran arasında əldə olunmuş atəşkəsi alqışlayıb.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, bu barədə ABŞ və İran arasında əldə edilmiş atəşkəs razılaşması ilə bağlı Monteneqro Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

Qeyd olunub ki, rəsmi Podqoritsa sülhə doğru sürətli irəliləyişin tərəfdarıdır.

"Regional təhlükəsizliyin təmin edilməsi, mülki şəxslərin müdafiəsi və Hörmüz boğazında naviqasiya azadlığı əsas prioritetlər olaraq qalmalıdır", - XİN-dən vurğulanıb.

Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. İran bildirib ki, bu müddət ərzində İran Silahlı Qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.

İsrail isə mövcud atəşkəs qərarının Livana şamil edilmədiyini əsas gətirərək bu ölkəyə zərbələr endirib. Nəticədə ölənlərin sayı 112 nəfərə çatıb. Daha sonra İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf bəyan edib ki, Livanda atəşkəsin əldə olunması planın birinci şərti idi.

Избранный
41
far.az

1Источники