RU

Qorxulu QƏLƏMLƏR: Yaponiyada “canlı” suvenirlər SATIŞA ÇIXARILDI – FOTO/VİDEO

Yaponiyada içərisində canlı parazitlər olan qələmlər satışa çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yaponiyanın Koçi prefekturasında balıq emalı zavodunun sahibi Tada Takuhiro olduqca qeyri-adi və qorxulu bir suvenir hazırlayıb.

O, içərisində canlı parazitlər olan qələmlər satışa çıxarıb.

İstehsal prosesi zamanı təzə balıqlardan çıxarılan “Anisakis simplex” növlü qurdlar xüsusi bir məhlulla birlikdə qələmin daxilinə yerləşdirilir.

Qələmin qiyməti 550 ien (təxminən 6 manat) təşkil edir.

Maraqlıdır ki, müəllif bu suveniri internet üzərindən satmaqdan imtina edib. O, insanların qələmi almaq üçün şəxsən onun prefekturasına gəlmələrini istəyir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
52
interpress.az

1Источники