RU

Oturaq işləyənlərin NƏZƏRİNƏ: Hər 45 dəqiqədən bir bunu edin

Hər 45 dəqiqədən bir 10 dəfə oturub-durmaq 10 min addım atmaqdan daha səmərəlidir.

İnterpress.az xəbər verir ki, bu barədə sağlamlıq mütəxəssisləri məlumat yayıb.

Ekspertlər bildirirlər ki, gün ərzində hərəkətsiz oturmaq orqanizmə ciddi zərər vurur: qanda şəkərin səviyyəsi kəskin artır, qan dövranı zəifləyir, ayaq və omba əzələləri isə fəaliyyətini dayandırır.

Mütəxəssislərin qənaətinə görə, yarım saatlıq 10 min addım atmaqdansa, hər 45 dəqiqədən bir 10 dəfə oturub-durmaq (çömbəlmək) daha effektiv nəticə verir.

Bu cür qısa hərəkətlər əzələləri dərhal aktivləşdirir, qandakı qlükozanı təmizləyir, qan dövranını sürətləndirir və maddələr mübadiləsini normaya salır.

Bununla yanaşı, belə məşqlər ürəyi möhkəmləndirir, oynaqların donmasının qarşısını alır və qan şəkərindəki kəskin dalğalanmaların qarşısını almağa kömək edir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
68
interpress.az

1Источники