RU

ABŞ Aİ-nin Macarıstan seçkilərinə təsir cəhdlərini absurd sayır

BAKI, 9 aprel. TELEQRAF

ABŞ administrasiyası Avropa İttifaqı rəhbərliyinin Macarıstanda keçiriləcək seçkilərin nəticələrinə təsir göstərmək cəhdlərini absurd hesab edir.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Budapeştdən yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Vaşinqton səfər zamanı əsasən Brüsseldəki bürokratik dairələrdən qaynaqlanan təbliğata qarşı çıxmağa çalışıb. Vens bildirib ki, Aİ bürokratiyasının Macarıstan xalqına müəyyən xərclər sırımaqla seçkilərin nəticəsinə təsir göstərməyə çalışması görünməmiş haldır.

Vitse-prezident əlavə edib ki, bu cəhdlər həm onun, həm də ABŞ prezidenti Donald Tramp tərəfindən absurd hesab olunur. O qeyd edib ki, Macarıstanın hazırkı baş naziri Viktor Orban ABŞ rəhbərliyinin tam dəstəyinə malikdir və ona, eləcə də Macarıstan xalqına uğurlar arzulayırlar.

Qeyd edək ki, Macarıstanda parlament seçkiləri aprelin 12-də keçiriləcək. Viktor Orbanın rəhbərlik etdiyi hakim “FİDES – Macarıstan Vətəndaş İttifaqı” partiyası Avropa İttifaqı rəhbərliyinin dəstəklədiyi Peter Macarın lideri olduğu “Tisa” partiyası ilə mübarizə aparır.

Избранный
31
teleqraf.com

1Источники