RU

İran ABŞ-ni seçim qarşısında qoydu: Ya atəşkəs, ya da müharibə!

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-a açıq və sərt mesaj ünvanlayıb.

Musavat.com xəbər verir ki, iranlı diplomat bildirib ki, İran–ABŞ atəşkəs şərtləri artıq aydındır və Vaşinqton seçim etməlidir: ya atəşkəsə sadiq qalmalı, ya da İsrail vasitəsilə davam edən müharibə xəttini seçməlidir. Onun sözlərinə görə, ABŞ bu iki siyasəti eyni anda həyata keçirə bilməz.

Araqçi əlavə edib ki, dünya Livanda baş verənləri, xüsusilə mülki itkiləri diqqətlə izləyir və bu fon ABŞ-ın mövqeyini daha da kritik edir. O vurğulayıb ki, artıq “top ABŞ-dadır” və beynəlxalq ictimaiyyət Vaşinqtonun öz öhdəliklərinə əməl edib-etməyəcəyini müşahidə edir.

Nazirin fikrincə, hazırkı mərhələdə veriləcək qərarlar yalnız region üçün deyil, qlobal sabitlik üçün də həlledici rol oynaya bilər.

Musavat.com

Избранный
45
musavat.com

1Источники