RU

“Onlar bizim qardaşlarımıza da hücum edirlər” − İran uğrunda döyüşməkdən imtina etdi

ain.az, Yeniavaz saytına istinadən bildirir.

“Çeçenlər ABŞ və İsraillə müharibədə İran üçün döyüşməyəcək”.

Yeniavaz.com xəbər verir ki, Çeçenistan lideri Ramzan Kadırov bu bəyanatı özünün teleqram kanalında rus və ərəb dillərində yayımlayıb.

“İnternetdə çeçen bölmələrinin guya Amerikanın quru hücumunu dəf etmək üçün İrana doğru irəliləməyə hazır olduğu barədə məlumatlar yayılır. İran yalnız ABŞ və İsrailə qarşı döyüşsəydi, bu, çox güman ki, baş verə bilərdi. Amma onlar həm də qardaşlarımıza hücum edirlər. Şübhəsiz ki, mən şəxsən İranı dəstəkləyirəm, lakin bir “amma” var: İranın Fars körfəzinin ərəb ölkələrindəki mülki hədəflərə və mülki infrastruktur obyektlərinə zərbələrini dəstəkləmirəm”, - çeçen lideri bildirib.

Kadırovun sözlərinə görə, o, BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanı liderləri ilə “qardaşlıq münasibətlərindədir”:

“Bu və digər üçüncü ölkələrdəki mülki şəxslərin münaqişənin günahsız qurbanlarına çevrilməsini görmək məni çox narazı salır”.

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
3
yeniavaz.com

9Источники