RU

ABŞ -İran danışıqları ilə bağlı SON xəbərlər

Cümə günü Pakistan paytaxtında keçiriləcək danışıqlarda kimlərin iştirak edəcəyi barədə açıqlama verilib.

Musavat.com-un məlumatına görə, bu barədə iki Pakistan mənbəsi "Röyters" agentlyinə açıqlama verib.

Bildirilir ki, ABŞ nümayəndə heyətində vitse-prezident Ceyms Devid Vensin rəhbərliyi ilə nümayəndə heyəti və Məhəmmədbaqir Qalibafın başçılıq etdiyi İran nümayəndə heyəti iştirak edəcək. İranın xarici işlər naziri Abbas Əraqçi də İslamabad danışıqlarına qatılacaq.

Atəşkəsdən sonrakı danışıqların məqsədi müharibənin başa çatdırılması üçün yekun razılaşmaya nail olmaqdır.

ABŞ ilə İran arasında müharibənin başa çatdırılması üçün yekun razılaşmaya nail olmaq məqsədilə birbaşa danışıqların ilk raundu aprelin 10-da Pakistanın paytaxtı İslamabadda keçiriləcək.

ABŞ prezidenti Donald Tramp ABŞ və İran arasında mümkün razılaşmaya dair danışıqların bağlı qapılar arxasında aparılacağını bildirib.

“ABŞ üçün məqbul olan müqavilənin yalnız bir çox mühüm məqamları var və biz bu danışıqlar zamanı onları bağlı qapılar arxasında müzakirə edəcəyik. Bunlar atəşkəslə bağlı razılaşmamızın əsasını təşkil edən məqamlardır", o, Truth Social-da yazıb.

Musavat.com

Избранный
32
musavat.com

1Источники