RU

50 Cent haqda serial çəkilir

Axsham.az saytına istinadən ain.az xəbər verir.

"Hulu" striminq platforması amerikalı reper və prodüser, "50 Cent" kimi tanınan Körtis Ceyms Cekson haqqında sənədli serial çəkir.

Axşam.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.

Daha əvvəl 50 Cent bildirmişdi ki, layihə üçün "Hulu" 75 milyon dollar ödəyib. Onun sözlərinə görə, layihənin hüquqları uğrunda "Starz", "Netflix" və "Apple" da mübarizə aparıb. Reper bu açıqlamanı 1 aprel tarixində verdiyi üçün əvvəlcə ciddi qəbul olunmamışdı.

İndi isə media üç seriyadan ibarət sənədli serial hazırlanması öz təsdiqini tapıb.

Ekran işi "50 Cent"in həyat hekayəsini — Kvinsdə keçən gənclik illərindən tutmuş, sui-qəsddən sağ çıxmasına və 30 milyondan çox albom satışı ilə dünyanın ən uğurlu ifaçılarından birinə çevrilməsinə qədər əhatə edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
axsam.az

1Источники