RU

Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozunu yüksəldib

Dünya Bankı 2026-cı ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 2%, 2027-ci ildə isə 1.8% artacağını proqnozlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə məlumat Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə iqtisadi proqnozunun (ECA Economic Update) son yenilənməsində yer alıb.

Bildirilir ki, yanvar qiymətləndirmələri ilə müqayisədə proqnoz göstəriciləri müvafiq olaraq 0.2 və 0.1 faiz bəndi artırılıb. Qeyd edilir ki, Azərbaycan iqtisadiyyatı 2025-ci ildə 1.4% artıb.

Dünya Bankının proqnozlarına əsasən, 2026 və 2027-ci illərdə Cənubi Qafqaz dövlətlərinin ÜDM-nin ümumi artımı hər il 3.4%-ə çatacaq.

Избранный
7
1
unikal.az

10Источники