İsrail səfiri BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibindəki İtaliya sülhməramlılarının bu gün atəşə tutulmasından sonra İtaliyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Far.Az" xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani "X" sosial şəbəkəsində yazıb.
"Mən Livanda bugünkü hadisələrə aydınlıq gətirmək üçün İsrailin İtaliyadakı səfirinin XİN-ə çağırılması barədə göstəriş vermişəm. İtaliya hərbçiləri toxunulmazdır", - o deyib.
Daha əvvəl xəbər verilmişdi ki, İtaliya konvoyu İsrail ordusu tərəfindən atəşə tutulub, bu zaman heç kim yaralanmayıb. Rəsmi Roma qeyd edib ki, Livanda sülhün qorunması və gərginliyin azaldılması üzrə səylər davam etdiriləcək, lakin ölkə sülhməramlıların roluna hörmət olunmasını və onların təhlükəsizliyinin qorunmasını tələb edir.