Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Beynəlxalq Valyuta Fondu (BVF) qlobal təhlükəsizlik və iqtisadiyyatla bağlı həyəcan təbili çalan hesabat yayımlayıb.
Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, BVF-nin son təhlillərinə görə, dünyada geosiyasi gərginlik kritik həddə çatıb. Hesabatda qeyd olunur ki, hazırda planetdə baş verən münaqişələrin sayı İkinci Dünya Müharibəsindən bəri ən yüksək səviyyəyə qalxıb.
BVF-nin ekspertləri bildirir ki, artan gərginlik fonunda ölkələr iqtisadi resurslarını sosial layihələrdən daha çox hərbi sahəyə yönəltməyə başlayıblar. Statistik məlumatlara əsasən:
2020-2024-cü illər ərzində dünya ölkələrinin yarısından çoxu müdafiə xərclərini kəskin şəkildə artırıb;
Hərbi büdcələrin böyüməsi qlobal iqtisadi artım tempinə mənfi təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.