Tramp ABŞ və İran arasındakı danışıqlarla heç bir əlaqəsi olmayan şəxslər tərəfindən çoxsaylı saxta sazişlər, siyahılar və məktubların yayıldığını, bunların fırıldaqçıların və şarlatanların işi olduğunu bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, o, federal araşdırma başa çatdıqdan sonra bu şəxslərin tezliklə ifşa olunacağını vurğulayıb. Trampın sözlərinə görə, Birləşmiş Ştatlar üçün qəbul edilən yalnız bir əhəmiyyətli “maddələr” qrupu mövcuddur və onlar qapalı qapılar arxasında müzakirə olunacaq.
ABŞ lideri qeyd edib ki, məhz həmin maddələr əldə olunmuş atəşkəs razılaşmasının əsasını təşkil edir və bu, asanlıqla həll oluna biləcek ağlabatan bir məsələdir. O, həmçinin CNN-in ötən gecə yaydığı xəbəri “feyk” adlandıraraq, səlahiyyəti olmayan mənbələrə istinad edilməsini kəskin tənqid edib.
Sara,
NOCOMMENT.az