RU

ABŞ və İranın Pakistanda keçiriləcək birbaşa danışıqları yaxın zamanda baş tutacaq

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

ABŞ və İran arasında Pakistanda keçiriləcək birbaşa danışıqlar çox yaxın zamanda baş tutacaq. 

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "The New York Post" (NYP) qəzetinə verdiyi müsahibəsində bildirib.

ABŞ nümayəndə heyətinə prezidentin xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni, iş adamı Cared Kuşner rəhbərlik edəcək. Trampın sözlərinə görə, ABŞ-ın vitse-prezidenti Cey Di Vens, çox güman ki, təhlükəsizlik mülahizələrinə görə görüşdə iştirak edə bilməyəcək.

Aprelin 8-də Tramp İrana qarşı zərbələri daha iki həftə müddətinə dayandırmağa razılıq verdiyini bəyan edib. Ağ Ev rəhbərinin sözlərinə görə, Vaşinqton İrandan münaqişənin nizamlanması ilə bağlı 10 bənddən ibarət təklif alıb və bu əsasda işi davam etdirməyə hazırdır.

Daha sonra beynəlxalq agentliklər İsrailin atəşkəsi dəstəklədiyini xəbər veriblər. Lakin İsrailin "Hizbullah" hərəkatına qarşı əməliyyat keçirdiyi Livan bu şərtlərin əhatə dairəsinə daxil deyil. Həmçinin, ABŞ Hörmüz boğazı üzərində İranın nəzarətinin saxlanılmasına razılıq verib və İslam Respublikasının uranı zənginləşdirmə hüququnu tanıyıb.

Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdəki münaqişə fonunda bəyan edib ki, Moskva bu çətin dövrdə Tehranın sadiq dostu və etibarlı tərəfdaşı olaraq qalır.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
redaktor.az

2Источники