Cüdo üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün ilkin heyətində dəyişiklik baş verib.
Azərbaycan Cüdo Federasiyasından Far.Az-ə verilən məlumata görə, 66 kq çəki dərəcəsində Ruslan Paşayevin zədə alması səbəbindən onun əvəzinə Turan Bayramov heyətə daxil edilib.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 16-dan 19-dək Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.