İsrailin Livana hücumları səbəbindən Hörmüz boğazından gəmilərin keçidi dayandırılıb.
Musavat.com xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, “İsrailin Livana hücumları ilə eyni vaxtda Hörmüz boğazından gəmilərin keçidi dayandırılıb”.
Qeyd olunur ki, atəşkəs elan edildikdən sonra və bu andan əvvəl iki tanker Hörmüz boğazından təhlükəsiz keçid üçün İrandan icazə alıb.