RU

Zəki Çelik üçün İtaliyada transfer savaşı: “İnter” yoxsa “Yuventus”?

“Roma”da çıxış edən türkiyəli müdafiəçi Zəki Çelik mövsüm sonunda komandasını dəyişməyə çox yaxındır.

Fanat.Az xəbər verir ki, müqaviləsi başa çatmaqda olan 29 yaşlı futbolçu ilə “İnter” və “Yuventus” klubları yaxından maraqlanır.

“Roma” rəhbərliyinin futbolçu ilə müqaviləni yeniləmək niyyətində olmaması onun azad agent statusu almasına şərait yaradır. Lakin son xəbərlərə görə, “İnter” rəhbərliyi futbolçunun yaşını və maaş tələblərini nəzərə alaraq bu transferdə tərəddüd etməyə başlayıb.

Zəki Çelikin illik 4 milyon avro maaş istəyi klublar arasında maliyyə baxımından müzakirələrə yol açıb. Buna baxmayaraq, təcrübəli sağ cinah müdafiəçisinin A Seriyasında qalacağı və güclü klublardan birinə keçəcəyi proqnozlaşdırılır.

Избранный
19
1
fanat.az

2Источники