Bakı. Trend:
Son günlər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrınınfəaliyyəti ilə bağlı aparılan müzakirələrə aydınlıq gətirilib.
Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov Trend-ə açıqlamasındabildirib ki, ayrı-ayrı şəxslərlə bağlı qərarlar mövcud əməkmünasibətləri, fəaliyyət xüsusiyyətləri və təşkilati zərurətlərnəzərə alınmaqla qəbul edilib.
Bildirilib ki, Xalq artisti Əvəz Abdullayev Azərbaycanı xaricdəlayiqli şəkildə təmsil edən sənətçilərdən biridir. Daimi yaşayışyeri Almaniyadır. Bu səbəbdən onun teatr truppasında fasiləsizəsaslarla fəaliyyət göstərməsi mümkün olmadığından, onunlabağlanmış əmək müqaviləsinə xitam verilib.
"Mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, bu kimi hallardaəməkdaşlığın layihə əsaslı, mülki-hüquqi müqavilə çərçivəsində,yəni konkret çıxışlar üzrə qonorar prinsipi ilə davam etdirilməsidaha məqsədəuyğun hesab olunur və bu istiqamətdə əməkdaşlığın davametdirilməsi nəzərdə tutulur.
Eyni zamanda vurğulamaq istərdik ki, Əvəz Abdullayevin sənətinəvə peşəkar yaradıcılığına yüksək qiymət verilir və onun gələcəkfəaliyyətində yeni uğurlara imza atacağına inam ifadə olunur. OnunAlmaniyada işlədiyi “Nationaltheater Mannheim” teatrındaAzərbaycanı layiqincə təmsil etməyinə əminliyimizivurğulayırıq".
Teatr Xalq artisti Yalçın Adıgözəlov haqqında yayılanməlumatlara da aydınlıq gətirib:
"O, yüksək peşəkarlığı və sənətinə verdiyi töhfələrlə seçilən,böyük hörmət bəslənilən sənətkardır. O, Niyazı adına DövlətSimfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyinolunduqdan sonra qarşılıqlı razılaşma əsasında Azərbaycan DövlətAkademik Opera və Balet Teatrındakı müqaviləsinə xitam verilmişdir.Lakin onunla da mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, layihəəsaslı, müqavilə çərçivəsində, konkret çıxışlar üzrə qonorarprinsipi ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Teatrın solisti Atəş Qarayevə münasibətdə isə teatr tərəfindənmüxtəlif dövrlərdə həm səmərəli yaradıcılıq fəaliyyəti, xüsusilə də44 günlük Qarabağ müharibəsi veteranı olmağı aspektindən böyükhəssaslıqla yanaşılmış və daim müvafiq dəstək göstərilib. Ocümlədən, Avstriyada, Qazaxıstanda, Rusiyada təşkil olunan müxtəlifbeynəlxalq səviyyəli tədbirlərdə, layihələrdə iştirakı üçün hər cürzəruri dəstək göstərilib.
Bununla yanaşı, əmək intizamı ilə bağlı teatrda son dövrlərciddi islahatlar aparılmaqdadır. Keçirilən yoxlamalar nəticəsindəməlum olmuşdur ki, 2025-ci ilin dekabr ayında 25 iş günündən yalnız4 gün işdə olub, 2026-cı ilin yanvar ayında işdə ümumiyyətləolmayıb, fevral ayında isə 24 iş günündən 11 gün işdə olub. Busəbəbdən dəfələrlə xəbərdarlıq edildikdən sonra, əməkqanunvericiliyinə uyğun olaraq intizam tənbehi tətbiq olunaraqəməkhaqqında müvafiq tutulma aparılıb".
Daha sonra xatırlarmaq istəyirik ki, bu ilin yanvar ayında OmanSultanlığının paytaxtı Maskat şəhərində yerləşən Kral OperaTeatrının səhnəsində dünyaşöhrətli italyan bəstəkarı CakomoPuççininin “Toska” operasının premyeras baş tutmuşdur. Səhnə əsəriAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonikorkestri və xorunun müşayiəti ilə təqdim edilib. Azərbaycanyaradıcı kollektivinin Kral Opera Teatrı kimi məşhur sənət ocağındaçıxışı musiqi mədəniyyətimizin beynəlxalq səviyyədə təbliğibaxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib. Qastrolçərçivəsində heyətin aviabiletlərinin alınması, yerləşdirilməsi vəqidalanma qarşı tərəfdən ödənildiyi səbəbilə ayrıca ezamiyyəxərcləri qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmayıb. Qonorarödənişləri ilə bağlı bildiririk ki, qarşı tərəfdən müvafiq maliyyəvəsaitləri köçürüldükdən sonra ödənişlər qanunvericiliyə uyğunolaraq müəyyən edilmiş müddət — 60 iş günü ərzində həyatakeçiriləcəyi haqqında bütün iştirakçılar əvvəlcədənməlumatlandırılmışdır. Diqqətinizə çatdırmaq istəyirik ki, buödənişlər artıq gerçəkləşdirilib. Teatr rəhbərliyi olaraq əsasprioritetlərimizdən biri teatr kollektivinin həm peşəkarinkişafının, həm də maddi-sosial rifahının yüksəldilməsidir. Buməqsədlə beynəlxalq layihələrdə iştirakın genişləndirilməsi, yenitəşəbbüslərin həyata keçirilməsi və yaradıcı heyətin sosialtəminatının, rifahının daha da gücləndirilməsi qarşımıza əsas hədəfkimi qoyulmuşdur.
Eyni zamanda bildiririk ki, teatrın əsas səhnəsində yenilənməişlərinin davam etməsinə baxmayaraq, kollektiv yaradıcılıqfəaliyyətini fasiləsiz şəkildə davam etdirir. Belə ki, ÜzeyirHacıbəylinin “Leyli və Məcnun” operası yeni quruluşda təqdimolunmuşdur, “Koroğlu” operası bərpa edilib.
İlk dəfə səhnələşdirilən Musiqisi Xalq artisti, professorSiyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsus olan“Nəsimi” operası sənətsevərlər üçün əlamətdar bir hadisəyəçevrilmişdir.
İzləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan “Operagünləri”, eləcə də “Balet günləri” təşkil olunmuşdur. 2026-cı ilinmart ayı üzrə ölkənin əksər bölgələrinə qastrol proqramı, ocümlədən Ağdam, Laçın, Gəncə və Mingəçevir şəhərlərini əhatə etmiş,martın 28-də Mingəçevirdə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”operettası nümayiş etdirilmişdir.
Bununla yanaşı, teatr tərəfindən Cüzeppe Verdinin “Aida”operasının təqdimatı olmuşdur.
Teatrın maddi-texniki bazası əhəmiyyətli dərəcədəgücləndirilmiş, müasir tələblərə cavab verən yeni avadanlıq vəmusiqi alətləri ilə təmin edilmişdir. Dövlət-özəl, tərəfdaşlıqprinsipləri, habelə sponsorluq əsasında texniki imkanlarıngenişləndirilməsi istiqamətində də müvafiq addımlar atılmışdır.
Ümumilikdə qeyd etmək istərdik ki, teatr tərəfindən əməkdaşlarlabağlı qərarlar mövcud qanunvericilik, təşkilati zərurətlər vəpeşəkar fəaliyyət meyarları əsasında qəbul edilir. Teatrınfəaliyyəti şəffafdır və həyata keçirilən layihələr, tamaşalar vəbeynəlxalq əməkdaşlıqlar ictimaiyyət üçün açıq mənbələrdə öz əksinitapır.
Mövcud faktlar və konkret nəticələr aydın şəkildə göstərir ki,kollektivin fəaliyyəti sistemli və davamlı inkişaf xətti üzrəhəyata keçirilir. Bu kontekstdə ayrı-ayrı subyektiv yanaşmalar vəspekulyativ fikirlər obyektiv reallığı əks etdirmir və ümumimənzərə yalnız rəsmi məlumatlar və əldə olunan nəticələr əsasındaqiymətləndirilməlidir.
Eyni zamanda bildiririk ki, kollektiv daxilində əməkmünasibətlərinin tənzimlənməsi çərçivəsində işdən ayrılma halları,intizam tədbirləri və digər təşkilati proseslər baş verə bilər. Bukimi məsələlərin hamısı qüvvədə olan qanunvericiliyin tələblərinəuyğun şəkildə, müəyyən edilmiş prosedurlar əsasında həyatakeçirilir və müvafiq qaydada, sivil və hüquqi çərçivədə həllolunur.
Son olaraq bildiririk ki, Azərbaycan teatrının çoxşaxəlilayihələrinin həyata keçirilməsi, gənc nəslin bu sahəyə davamlışəkildə cəlb olunması, yeni tamaşaların hazırlanması və biletsatışlarının artması Azərbaycan Dövlət Akademik Opera və BaletTeatrında keyfiyyət yönümlü institusional dəyişikliklərin başverdiyini göstərir. Bu dinamika, öz növbəsində, tamaşaçı marağınınvə məmnuniyyət səviyyəsinin yüksəlməsinə xidmət edir.
Xəbər yenilənəcək