RU

Can Uzun “Milan” yolunda: "Ayntraxt Frankfurt" qərarını verdi

Türkiyə millisinin və “Ayntraxt Frankfurt”un gənc istedadı Can Uzun üçün İtaliya nəhəngi “Milan” hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, Almaniya klubunun yeni baş məşqçisi Albert Riera ilə ulduzu barışmayan 20 yaşlı futbolçu yayda komandadan ayrılmağı ciddi şəkildə düşünür.

“Bild” nəşrinin məlumatına görə, “Milan” rəhbərliyi artıq futbolçunun menecerləri ilə ilkin təmaslara başlayıb və transfer şərtlərini öyrənib. Frankfurt təmsilçisi gənc ulduz üçün əvvəlcə 80 milyon avro tələb etsə də, hazırkı vəziyyətdə 40-45 milyon avroluq təklifləri dəyərləndirməyə hazırdır.

Can Uzunun İtaliya futboluna uyğun tərzi və hücumdakı universallığı “rossonerilər”in bu transferdə israrlı olmasına səbəb olub.

Transferin yay aylarında rəsmiləşməsi ehtimalı olduqca yüksəkdir.

Избранный
20
1
fanat.az

2Источники