RU

Hər iki tərəf qalibəm deyir, bəs reallıq nədir? ŞƏRH

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu vəziyyət ənənəvidir. Biz 12 günlük müharibədən sonra və ötən il yayda da gördük ki, hər üç tərəf - İran, İsrail və Amerika qalib gəldiyini elan edirdi. Amma əslində bu iddialar uydurmadır. Faktiki olaraq, prosesi nəzərə alanda tərəflərin qarşısında duran hədəfləri də qiymətləndirmək lazımdır. Amerika və İsrail çalışırdılar ki, İranda rejimi dəyişdirsinlər, nüvə proqramını dayandırsınlar, uranı çıxartsınlar, raket proqramını məhv etsinlər və İranın müttəfiqləri ilə münasibətlərini pozsunlar. Lakin bu hədəflərə çatmaq mümkün olmadı”.Bunu Demokrat.az-a açıqlama verən politoloq Tofiq Abbasov deyib.O bildirib ki, İrana gəldikdə isə, ölkə müdafiə mövqeyində idi və müqavimət göstərirdi:“Əks-hücumlarda isə İranın zərbələri təsirli oldu. İsraildə xeyli dağıntılar baş verdi, ölənlərin sayı isə açıqlanmadı. Eyni zamanda, Dubayda Birləşmiş Ərəb Əmirliklərində Mərkəzi Kəşfiyyat İdarəsinin rezidentura mərkəzlərinə İranın raket zərbələri dəymişdi. Məhv olunan obyektlərdə insanlar da tələf oldu, lakin onların adları açıqlanmadı. Burada nisbi qalibiyyət mövcuddur. Prosesin yekunu hələ qoyulmayıb və növbəti iki həftə ərzində danışıqlar aparılacaq. Vasitəçilərin iştirakı ilə keçiriləcək bu danışıqların nəticəsi vacibdir. Ən əsas məqsəd isə güc vasitəsilə münasibətlərin aparılmamasıdır. Amerika və İsrailin roluna gəldikdə, onların məsuliyyəti böyükdür. İsrailin mövqeyi xüsusilə təhrikçidir. Benyamin Netanyahu isə kövrək vəziyyətdədir və onu qanun qarşısında məsuliyyət gözləyir. O, müharibələri bilərəkdən uzadır ki, şəxsi məsuliyyətdən qaçsın. Lakin İsrail dövlətində belə fırıldaqçılıq uzunmüddətli işləməyəcək. Keçmiş prezidentlər və baş nazirlər də məsuliyyətə cəlb olunublar. Müharibələri süni surətdə uzatmaq və "toxunulmazlıq əldə etmək" cəhdi alınmayacaq. Donald Tramp vaxtilə İsrail prezidentinə xahiş etmişdi ki, Netanyahu əfv edilsin, lakin prezident bu tələbi yerinə yetirmədi”. O qeyd edib ki, bu, səlahiyyət məsələsidir və presedent yaratmaq riski var:“Əgər İsrail və Amerika demokratiya və qanunun aliliyindən danışırsa, ilk növbədə özlərindən başlamalıdırlar. Netanyahunun siyasəti dünya üçün ziyanverici oldu və insanlar bir-birinin simasında təhlükə görməyə başladı. Bununla bağlı İsrail qanunvericiliyi də məsuliyyət tələb edəcək. Beləliklə, nisbi baxımdan İranı qalib saymaq olar. Ölkə ərazi bütövlüyünü qorudu, separatizm amillərinin qarşısını aldı və Azərbaycan xalqı ilə İran dövlətçiliyi əsas təhlükəsizlik sütununu nümayiş etdirdi. İranın azərbaycanlı və fars vətəndaşları arasında vəhdət mövcuddur. Tramp və Netanyahu İranın vəziyyətini düzgün qiymətləndirə bilmədi və siyasi səhvlər etdilər, nəticədə hədəflərinə çata bilmədilər. Ən yaxşı halda, bu hücumlardan imtina edilməlidir. İkinci dəfə hücum etmələrinə baxmayaraq, heç bir nəticə əldə olunmadı. Əslində, atəşkəsdən ən çox İsrail qazandı, çünki resursları tükənmişdi və İranın raketlərinə qarşı “dəmir qübbə” sistemləri effektiv olmadı. Faktiki olaraq, İran üstünlüyünü birmənalı şəkildə qorudu”.Qeyd edək ki, ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması “kim qalib gəldi” sualı ətrafında müzakirələrə səbəb olub. Hər iki tərəf özünü “qalib” elan etsə də, reallıq ziddiyyətlidir.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
demokrat.az

1Источники