BAKI, 8 aprel. TELEQRAF
Pakistanın Baş naziri Şahbaz Şərif Yaxın Şərq münaqişə zonasında bir neçə yerdə atəşkəs rejiminin pozulması qeydə alındığını bildirib.
Teleqraf xəbər verir ki, o, münaqişə zonasında bir neçə yerdə atəşkəs rejiminin pozulmasının sülh prosesinin ruhunu sarsıtdığını qeyd edib: "Diplomatiyanın münaqişənin sülh yolu ilə həllində aparıcı rol oynaya bilməsi üçün bütün tərəfləri təmkinli olmağa və razılaşdırılmış iki həftəlik atəşkəsə riayət etməyə səmimi qəlbdən və ürəkdən çağırıram".