İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafın Pakistanın paytaxtı İslamabadda keçiriləcək İran və ABŞ arasında danışıqlarda Tehranı təmsil edəcəyi bildirilib.
Turkustan.az xəbər verir ki, İranın yarı-rəsmi xəbər agentliyi ISNA-nın məlumatına görə, 10 aprelə planlaşdırılan danışıqlarda İranın danışıqlar qrupuna Parlament sədri Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edəcək.
ABŞ prezidenti Donald Tramp İrandan aldıqları 10 maddəlik təklifin müzakirə edilə biləcəyini bildirib və Hörmüz boğazının tam açılması şərti ilə Pakistanın İranla iki həftəlik qarşılıqlı atəşkəs təklifini qəbul etdiyini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az