RU

22 ildir “Çakır”ın anım gününü qeyd edirlər

Türkiyə televiziya tarixinin ən ikonik personajlarından biri, “Kurtlar Vadisi” serialının unudulmaz qəhrəmanı Süleyman Çakırın ölümündən 22 il ötür.

Bakıvaxtı.az  xəbər verir ki, 2004-cü ildə yayımlanan serialın 45-ci bölümündə sui-qəsd nəticəsində həyatını itirən obraz illər keçsə də, tamaşaçıların yaddaşından silinmir.

Hər il olduğu kimi, bu il də aprelin 8-i sosial şəbəkələrdə yenidən “Süleyman Çakırı anma günü” kimi qeyd olunur.

Qeyd edək ki, tanınmış aktyor Oktay Kaynarca tərəfindən canlandırılan obrazın ölümü vaxtilə Türkiyədə o qədər böyük rezonans doğurmuşdu ki, bəzi şəhərlərdə onun üçün cənazə namazları qılınmış, qəzetlərdə nekroloqlar dərc edilmişdi.

Məlumat üçün bildirək ki, Süleyman Çakır obrazı bu günə qədər real bir şəxsiyyət kimi qəbul edilən nadir personajlardan biri olaraq qalır.

Избранный
21
4
bakivaxti.az

5Источники