RU

İslamabadda "Serena" oteli ABŞ və İran nümayəndə heyətlərini qəbul etməyə hazırlaşır

İslamabadda "Serena" oteli ABŞ və İran nümayəndə heyətlərini qəbul etməyə hazırlaşır

İslamabaddakı "Serena" oteli danışıqlar üçün Pakistan paytaxtına gəlişi gözlənilən ABŞ və İran nümayəndə heyətlərinin yerləşdirilməsinə hazırlaşır.

AFN.az xəbər verir ki, bu barədə TASS-ın müxbirinə mehmanxananın əməkdaşı məlumat verib. "Biz nümayəndə heyətlərinin gəlişini gözləyərək otaqları boşaldır və yoxlayırıq", — deyə həmsöhbət bildirib.

O əlavə edib ki, otel personalı hələlik "Serena"nın ABŞ-İran danışıqları üçün meydançaya çevrilib-çevrilməyəcəyini bilmir. Bundan əvvəl Pakistan təhlükəsizlik xidmətindəki mənbə bildirib ki, İran və ABŞ nümayəndələrinin görüşü Pakistanın Baş naziri Şahbaz Şərifin iqamətgahında və ya "Serena" otelində keçirilə bilər.

Məlumata görə, görüşün keçiriləcəyi dəqiq məkanla bağlı yekun qərar hələ qəbul edilməyib, lakin hər iki məkanda ciddi hazırlıq və təhlükəsizlik tədbirləri görülür.

Избранный
21
afn.az

1Источники