Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 8 aprel, AZƏRTAC
Ötən ilin noyabr ayında əməliyyat olunan “Sabah”ın futbolçusu Pavol Şafrankonun hansı tarixdə meydana qayıdacağı hələlik bəlli deyil.
Bu barədə AZƏRTAC-a Bakı təmsilçisindən məlumat verilib.
Bildirilib ki, hazırda fərdi məşq edən hücumçunun bərpa prosesini məşqçilər və klubun həkimləri yaxından izləyirlər. Oyunçunun bu ay ərzində komanda ilə məşqlərə başlaması planlaşdırılır. Lakin dəqiq tarix demək mümkün deyil.
Xatırladaq ki, slovakiyalı futbolçu İspaniyada uğurlu əməliyyat keçirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.