RU

“Liverpul”da kütləvi ayrılıq - 4 futbolçu satışa çıxarılacaq

“Liverpul” yay transfer pəncərəsində heyətində ciddi dəyişikliklər etməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, Məhəmməd Salahdan başqa daha bir neçə futbolçu komandadan ayrıla bilər.

Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, klub rəhbərliyi Co Qomes, Aleksis Mak Allister, Federiko Kyeza və Kodi Qakponu satış siyahısına daxil etməyi planlaşdırır. Körtis Consun gələcəyi isə hələlik qeyri-müəyyəndir.

Bununla yanaşı, müdafiəçi Endrü Robertsonun yayda azad agent kimi klubdan ayrılacağı gözlənilir.

Qeyd edək ki, “Liverpul” hazırda Premyer Liqada 5-ci pillədə qərarlaşıb.

Luçesku VƏFAT EDİB

“Mançester Yunayted”də yeni müqavilə

Kayode “Siti” yolunda

Haci rəsmən Rumıniya millisində

Braziliya klubunda yeni təyinat

Избранный
14
1
apasport.az

2Источники