Bakı, 8 aprel, AZƏRTAC
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində 31 ixtisas üzrə tədris aparılır. Bu ixtisaslar arasında bitkiçilik, mebel ustalığı, dərzilik, dizayn və avtomobil ustalığı sahələrinə tələbat daha yüksəkdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Mərkəzin direktoru Ramil Əmənov deyib.
“Fermerlik ixtisasına əsasən kişilər daha çox maraq göstərirlər. Buna baxmayaraq, mərkəzdə traktorçu ixtisası üzrə təhsil alan qızlar da var. Gələcəkdə qadın fermerlərin yetişdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən olunub”, - deyə direktor bildirib.