RU

Planşeti də qıranda Qurban Qurbanov kimi qırmaq lazımdı, Ayxan bəy!

ain.az, Footbal-plus saytına istinadən bildirir.

26-cı turun “Zirə” - “Şamaxı” oyununun 52-ci dəqiqədə Dioqo Balau birbaşa “qırmızı” ilə meydandan qovuldu. Ayxan Abbasov əvvəlcə hakimə, sonra futbolçusuna əsəbləşdi. Köməkçi məşqçi Xəyal Qarayev planşetdə epizodun təkrarına baxarkən Ayxan bəy planşeti qırdı.Belə hadisə ikinci dəfə baş verdi. Bu “ənənənin” əsasını ötən ilin aprelində, ölkə kubokunun yarımfinalı çərçivəsində “Araz-Naxçıvan”la oyunda “Qarabağ”ın qapısına penalti təyin olunarkən Qurban Qurbanov qoymuşdu. “Qarabağ”ın baş məşqçisi epizodun təkrarını 4-cü hakimə göstərmişdi, sonra isə planşeti təpiklə qırmışdı.Ayxan Abbasov təpik yox, yumruq vurdu, amma qırdı. Bəs Qurbanovla Abbasovun planşet qırmasında fərqli və oxşar məqamlar nələrdi?Oxşar məqam odu ki, “Qarabağ”ın da, “Şamaxı”nın da əleyhinə verilən qərar doğru idi. Yəni hakimlər düzgün qərar vermişdi. Düzdü, Ayxan Abbasov həm də futbolçusuna etiraz edirdi. Futbolçuna etiraz edirsən, lap yaxşı, haqqındı. Nə qədər absurd səslənsə də, planşeti də qıra bilərsən. Buna görə səni ancaq klub rəhbərliyi qınaya bilər. Amma prinsipial məqam bar: axı planşet sənin əlində deyil, köməkçin Xəyal Qarayev təkrara baxır. Bu həm də köməkçinə hörmətsizlik deyilmi? Qurban Qurbanov öz əlində olarkən qırmışdı.Planşeti də qıranda Qurbanov kimi qırmaq lazımdı, Ayxan bəy!MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
1
icma.az

2Источники