RU

Yalnız bu halda İranla razılaşma baş tutacaq - Vens

“Əgər iranlılar bizimlə xoş niyyətlə işləməyə hazır olsalar, razılaşma əldə edə bilərik”.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Uitkoff da daxil olmaqla bütün danışıqlar heyətinə “xoş niyyətlə danışıqlar aparmaq” tapşırığı verib. Lakin Tramp xəbərdarlıq edib ki, əgər İran qarşılıq verməsə, ABŞ hərbi, diplomatik və fövqəladə iqtisadi təsirlərinə davam edəcək.

“Əgər yalan danışacaqlarsa və ya fırıldaq edəcəklərsə, bu, onlar üçün yaxşı olmayacaq”, - deyə Vens qeyd edib.

Избранный
8
publika.az

1Источники