RU

Elektrikin qiyməti sıfırın altına düşdü: Fransada elektrik stansiyaları bağlanır

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Fransa enerji bazarında balansı qorumaq üçün yeni addım atır. Subsidiyalaşdırılan günəş və külək elektrik stansiyaları elektrik qiymətləri mənfi olduqda istehsalı azaltmağa məcbur ediləcək.

Qaynarinfo "Portfolio" nəşrinə istinadən xəbər verir ki, bu qərar bərpa olunan enerji istehsalını bazar siqnalları ilə uyğunlaşdırmaq və getdikcə daha tez-tez müşahidə olunan mənfi qiymət hallarını azaltmaq məqsədi daşıyır.

EDF şirkətinin məlumatına əsasən, 14 apreldən etibarən ümumi gücü 842 MVt olan günəş və qurudakı külək elektrik stansiyalarının istehsalı spot bazarda qiymətlər mənfi olduqda məhdudlaşdırılacaq. Şirkət bu istehsalı topdansatış bazarında gündəlik olaraq -0,11 avro/MVt·saat qiyməti ilə təklif edir.

Bu qiymət faktiki olaraq "dayanma həddi” kimi çıxış edir: bazar qiyməti bu səviyyədən aşağı düşərsə, stansiyalar dayandırılır, əks halda isə istehsal davam edir.

Mənfi qiymətə baxmayaraq, bu mexanizm istehsalçılar üçün sərfəlidir, çünki subsidiya sistemi bazar qiyməti ilə zəmanətli qiymət arasındakı fərqi kompensasiya edir. Nəticədə istehsalçılar hətta mənfi qiymət şəraitində də gəlir əldə edir.

EDF qeyd edir ki, bu "çevik təkliflər” hər gün təqdim olunur və bazardakı dəyişikliklərə avtomatik reaksiya verilməsini təmin edir. Bu yanaşma inzibati müdaxiləyə ehtiyacı minimuma endirir.

Yaxın həftələrdə şirkət bazar siqnallarına uyğun reaksiya verən belə stansiyaların həcmini artırmağı planlaşdırır. Məqsəd ümumi gücü 7,4 QVt olan portfel formalaşdırmaqdır ki, bu da ölkənin enerji sisteminə əhəmiyyətli təsir göstərə bilər.

Bundan əlavə, Fransa hökuməti daha əvvəl 10 MVt-dan böyük günəş elektrik stansiyaları üçün mənfi qiymət hallarında istehsalın məhdudlaşdırılmasına icazə verib (əvvəllər bu hədd 12 MVt idi). Oxşar tədbir 2025-ci ilin mayından etibarən üç dəniz külək stansiyası üçün də tətbiq olunur.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
qaynarinfo.az

1Источники