RU

Niderland şahzadəsi Hərbi Hava Qüvvələrində xidmətə başladı


Niderland şahzadəsi Amaliya ehtiyatda olan kapral rütbəli təlimçi kimi Kral Hərbi Hava Qüvvələrində xidmətə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəllər o, Haaqada Müdafiə Nazirliyində təcrübəçi kimi xidmət edib və yanvar ayında “Defensity” Kollecində əsas hərbi təlimini başa vurub. Niderland şahzadəsi orada silahların idarə olunması və naviqasiyasının əsaslarını öyrənib.
Nazirlik həmçinin qeyd edib ki, Niderland Kralı Villem-Aleksander donanmada xidmət edib. O, həmçinin Hərbi Hava Qüvvələrinin nəqliyyat pilotu kimi ixtisaslaşıb.
Избранный
18
1
yeniavaz.com

2Источники