RU

Tramp: İrana silah tədarük edən ölkələrə 50 faizlik rüsum tətbiq olunacaq

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İrana silah tədarük edən istənilən ölkə heç bir istisna olmadan dərhal 50 faizlik rüsumlarla üzləşəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.

O bildirib ki, İran atəşkəs planının “15 maddəsindən bir çoxu” ilə razılaşıb.

Bundan əvvəl İran ABŞ-yə 10 maddədən ibarət təklif göndərdiyini bildirmişdi. İran mediasının məlumatına görə, təklifə Hörmüz boğazından İran silahlı qüvvələri ilə koordinasiya olunmuş nəzarətli tranzitin təşkil edilməsi, həmçinin bütün regional bazalardan ABŞ hərbi hissələrinin çıxarılması daxil idi.

Təklif, həmçinin bütün ilkin və ikinci dərəcəli sanksiyaların ləğvini nəzərdə tuturdu.

Prezident Tramp isə bəyan edib ki, ABŞ Tehranla tariflərin və sanksiyaların yumşaldılmasını müzakirə edəcək və “İranın uranı zənginləşdirməsinə son qoyulacaq”.

O, həmçinin bildirib ki, İranda “rejim dəyişikliyi” baş verib: Müctəba Xamenei atasını əvəz edərək İranın Ali Rəhbəri olub, ölkənin Prezidenti və xarici işlər naziri isə münaqişədən əvvəl olduğu kimi qalıb.

Избранный
3
1
xezerxeber.az

2Источники