Bəxt Mahir Emrelinin üzünə gülmür ki, gülmür.
“Kayzerslautern”in şərəfini qoruyan hücumçu hələ özünü yaxşı tərəfdən göstərə bilməyib. Mövsüm ərzində mümkün 28 matçdan 10-da forma geyən futbolçu cəmi üç dəfə start heyətində yer alıb, 7 görüşdə sonradan meydana çıxıb. Ümumiyyətlə, Emreli cari “futbol ili”ndə cəmi 1 qola imza atıb.
Təbii ki, bu rəqəmləri boş yerə xatırlatmırıq. Məqsəd böyük ümidlər bəslədiyimiz Mahirin yanlış seçim üzündən karyerasını uçuruma apardığını vurğulamaqdı. Niyə? Çünki o, “qırmızı iblislər”in heyətində heç cür şans qazana bilmir. Allah şəfasını versin, komandanın aparıcı hücumçusu İvan Prtayin üçün mövsüm zədə üzündən erkən sona çatanda düşünmüşdük ki, meydan Mahirə qaldı. Ancaq Emreli bu fürsəti də dəyərləndirə bilmədi. Futbolçumuz indi də mövqe uğrunda Mercim Berişaya uduzur. Söhbət Almaniya millisinin sabiq futbolçusu, 27 yaşlı mərkəz hücumçusundan gedir. Bir sözlə, gün Mahir tərəfdən çıxmaq istəmir.
Kəsəsi, Emreli mövsümün qalan vaxtında da özünü toparlaya bilməsə, icarə əsasında başqa komandaya üz tutmağı yaxşıdı.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта