RU

Ülvü Qənizadə fərdi məşqlərə başladı

Yazını böyüt
Yazını kiçilt

Fevral ayında əməliyyat olunan Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadənin son durumu açıqlanıb.

Hafta.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 72 kiloqram çəki dərəcəsində çıxış edən idmançı fərdi məşqlərə başlayıb.

O, iyulda keçiriləcək reytinq tunirinə kimi heç bir yarışda iştirak etməyəcək. Əsas məqsəd Ülvünün oktyabrda Bəhreyndə təşkil olunacaq dünya çempionatına tam olaraq hazır olmasıdır.

Ülvü Qənizadə karyerası ərzində dünya və Avropa çempionu olub.

Избранный
3
2
hafta.az

3Источники